ABŞ bir sıra əcnəbilər üçün viza rejimini sərtləşdirib

Bu gün, 11:34           
ABŞ bir sıra əcnəbilər üçün viza rejimini sərtləşdirib
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi xarici tələbələr, media nümayəndələri və mübadilə proqramları ilə ölkəyə gələn şəxslər üçün viza prosedurlarını sərtləşdirərək, onların ölkədə qalma müddətini 90 gündən 4 ilə qədər məhdudlaşdırıb.

Bu barədə "Reuters" agentliyi hökumətin rəsmi bildirişinə istinadən məlumat yayıb.

Sənədə əsasən, ABŞ rəsmiləri bu qayda dəyişikliyinin onlara "əlavə müdafiə və daha ciddi nəzarət" imkanı verəcəyini, həmçinin viza sahiblərinin müvəqqəti qalma müddətində öz statuslarını qoruyub saxlamalarına daha diqqətlə nəzarət etməyə kömək edəcəyini gözləyirlər.

Əvvəlki qaydalara görə, xarici jurnalistlər, tələbələr və mübadilə proqramı iştirakçıları müvafiq olaraq "I", "F" və "J" kateqoriyalı vizalar alırdılar. Bu sənədlər onlara ABŞ-da gəliş məqsədləri və şərtləri yerinə yetirildiyi müddətcə — məsələn, şəxs xarici qəzetdə işləməyə və ya Amerika universitetində təhsil almağa davam etdiyi müddət ərzində — qalmaq hüququ verirdi və bir çox hallarda bu vizaların konkret bitmə tarixi yox idi.

Yeni qaydaya əsasən isə xarici media əməkdaşları ABŞ-yə işləmək üçün ən çoxu 240 gün müddətinə gələ biləcəklər və ehtiyac yaranarsa, bu müddəti uzada biləcəklər. Çin vətəndaşları üçün isə bu müddət 90 günə qədər qısaldılacaq. Xarici tələbələr və mübadilə proqramı ilə gələnlər isə ölkədə yalnız təhsil və ya proqram müddətində, lakin maksimum dörd il qala biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru