Səfəvi mənbələri açıq yazır: Şeyx Səfinin babası Seyyid Cəbrayıl "türk dərvişi" idi

Bu gün, 12:14           
Səfəvi mənbələri açıq yazır:
"Səfəvi dövründə fars dilində yazılmış salnamələrdə Şeyx Səfiəddinin əfsanəvi babası Seyyid Cəbrayıl "bir türk dərvişi", Şeyx Səfiəddin isə "Ey türk gənci, ey türk piri" kimi təqdim edilir. Şeyx Heydərin müridlərinə geyindirdiyi qızılbaş tacı "Heydəri türk tacı", onun geyimi "türkmən kaputu", qızılbaş tacı isə "türkmənlərin şüarı" kimi təsvir olunur.
Bundan əlavə, günümüzə qədər gəlib çatan bəzi türk dilli məktublar, eləcə də Qərb səyyahlarının qeydləri də bunu təsdiqləyir. Onlar yazırdılar ki, ölkədə əsas danışıq dili türk dili idi, şahın özü də türk dilində danışırdı. Hətta şahdan mükafat almaq istəyən şəxs mütləq türk dilini öyrənməli və istəyini bu dildə ifadə etməli idi.
Bu faktlar Səfəvi hökmdar nəslinin mənşəyi məsələsini və Səfəvi Dövlətinin bütün xüsusiyyətləri ilə türk dövləti olduğunu aydınlaşdıran mühüm tarixi dəlillərdir."
Bkz. Doç. Dr. Cihat Aydoğmuşoğlu, Safevîye Tarikatı, s. 32-33.
Məmmədtağıbəy Nağıbəyov
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru