Tramp İranda saxlanılan bir amerikalı qadının azad edildiyini bildirmişdi: Rəsmi Tehran məlumatı yalanladı

Bu gün, 11:49           
Tramp İranda saxlanılan bir amerikalı qadının azad edildiyini bildirmişdi:
İranın məhkəmə hakimiyyəti respublikanın hər hansı bir ABŞ vətəndaşını azad etdiyini təkzib edir.

İran KİV xəbər verir ki, qurumun rəsmi açıqlamasında "İran həbsxanalarından hər hansı bir amerikalı məhbusun azad edilməsi və ya dəyişdirilməsi baş verməyib", - deyə qeyd olunur.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranda saxlanılan bir amerikalı qadının azad edildiyini bildirmişdi. O, "Truth Social" platformasındakı paylaşımında bu xoşməramlı jestə görə Tehrana təşəkkür edib. Tramp azad edilən ABŞ vətəndaşının adını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru