Braziliya millisinin futbolçusu Neymar 2026-cı il dünya çempionatında çıxışını başa vurduqdan sonra 23 milyon dollara yaxta alıb.
"TyC Sports" nəşri xəbər verir ki, yaxta Braziliyanın Rio-de-Janeyro ştatının Anqra-dus-Reys şəhərində yerləşir. Gəmidə altı kayut və müxtəlif istirahət zonaları var, üst göyərtədə isə helikopter meydançası quraşdırılıb.
Xatırladaq ki, Braziliya millisi 2026-cı il dünya çempionatında çıxışını 1/8 final mərhələsində Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq başa vurub.