Zakir Hüseynov Gəncə təhsilini viran qoymaqdadır - Yeni başçının adından... İDDİA
19-10-2018, 15:01

Gəncədən BakuNews.az saytına daxil olan məlumatlarda bildirilir ki, şəhər Təhsil idarəsinin rəisi Zakir Hüseynov orta məktəb direktorlarına haqq qoyub. Belə ki, Zakir Hüseynov direktorları yanına çağıraraq hər ay ona 1000-2000 manat arasında rüşvət verməyi tələb etdiyi iddia olunur. Təhsil İdarəsinin rəisinin qanunsuz tələbinə etiraz edən direktorlara – “Bu qərar icra başçısı Niyazi Bayramovun qərarıdır kim icra etməsə cəzalandırılacaq” – cavabı verilir
Teref.az yazır ki, BakuNews.az saytı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Gəncə şəhər Təhsil idarəsinin rəisi əvvələrdə orta məktəb direktorlardan müxtəlif məbləğlərdə "şirinliklər" tələbində olub. Son aylarda isə Zakir Hüseynov qanunsuz qərarında dəyişikliklər edib. Dəyişikliklərə görə, müəllim və şagird sayına uyğun olaraq məktəb direktorları tələbin miqdarını qaldırmalıdırlar. Bu qərarın Gəncə şəhər icra başçısı tərəfindən verildiyini iddia edən Zakir Hüseynovun direktorları işdən çıxarmaqla həddələməsi də verilən məlumatlarda yer almaqdadır. Aldığımız digər məlumatda bildirilir ki, Gəncə şəhər Təhsil idarəsinin rəisi ilə bəzi direktorlar arasında qarşı durmalar yaranıb. Hazırda Zakir Hüseynov həmin direktorların cəzalandırılmasına görə, yeni icra başçısı Niyazi Bayramovun razılığını almaq üçün fürsət gözləyir. Bəzi pedeqoji kolektivin narazılığına səbəb olan RTŞ müdrinin qərarları günü gündən böyüməkdədir
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyində işıqlandırmağa hazırıq.

