Binəqədidə narazılıq yaradan KİMLƏRDİR? - ETİRAZ

11-02-2023, 10:31           
Binəqədidə narazılıq yaradan KİMLƏRDİR? - ETİRAZ
Binəqədi rayon Süleyman Sani Axundov küçəsində yerləşən 3 nömrəli binanın sakinləri bu gün səhər tezdən ərazidə yerləşən parka toplaşıblar. Onlar bildirirlər ki, parkın ərazisi Binəqədi rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun vaxtında Aşıq Ulduza (Ulduz Quliyeva) satılıb. Lakin sakinlərin müqaviməti nəticəsində həmin ərazidə yaşıllıqların məhv olmasının qarşısı alınıb. 2021-ci ildə parkı hasarlamağa çalışsalar da, sakinlər müqavimət göstəriblər. Bu ilin əvvəlindən - yəni 2023-cü il başlayandan isə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Baş Nəzarət İdarəsinin rəisi İlqar Cəfərov Binəqədi şöbəsinə göstəriş verib ki, parkın ərazisindəki ağacları köçürsünlər və ərazi Aşıq Ulduza təhvil verilsin. Sakinlər isə Aşıq Ulduza və onun iddiasını təmin etmək istəyənlərə etiraz edirlər. Qeyd edirlər ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlərlə təmasdan qaçır, ərazini ondan öncəki icra başçısı Xaləddin İsgəndərovun satdığını bildirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru