"REAL Tibb Mərkəzi"... - Onların səhvi bizə baha başa gəlir... FOTO

6-03-2023, 09:40           
"REAL Tibb Mərkəzi"... - Onların səhvi bizə baha başa gəlir... FOTO
"Mən Sumqayıtda yerləşən "REAL Tibb Mərkəzi"ni şikayət etmək istəyirəm". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Fariz Əliyev adlı istifadəçi giley edir.


Narazı vətəndaş daha sonra yazır: "2022-ci ilin noyabrında qız övladım dünyaya gəlib, doğuş əməliyyatını Real klinikasında etdirdim. Uşaq doğulandan sonra ilkin analizdə qan qrupunun 3-cü qrup + olduğunu bildirdilər. Mənim 2-ci qrup +, yoldaşımın isə 1-ci qrup + olduğunu nəzərə alaraq nadir hallarda uşağın 3-cü qrup ola biləcəyini və uşağın sarılıq ola biləcəyini bildirdilər. Üstündən 3 ay keçdikdən sonra digər klinikada yenidən uşağın qan qrupunu yoxlatdırdıq və 1-ci qrup + çıxdı. Hətta dəqiqləşdirmək üçün özümün və yoldaşımın da qan qrupunu yoxlatdırdım. Allah eləməsin əgər doğuş zamanı uşağın səhhəti pisləşsəydi və qan lazım olsaydı yanlış qan köçürülməsi ilə daha böyük problemlər yarana bilərdi. Klinikanın laboratoriya şöbəsi çox kobud səhvə yol vermişdir. Aidiyyatı üzrə digər qurumlara da öz şikayətimi bildirəcəm..."

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru