Başsız qalan rayonun köhnə dərdi... - VİDEO

4-06-2018, 19:33           
Başsız qalan rayonun köhnə dərdi... - VİDEO
Bu gördüyümüz bina köhnə tikili deyil, yeni tikilidir.
Dia.az xəbər verir ki, 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 3C ünvanında yerləşən yaşayış binasının sakinləri təşviş içindədir. Belə ki, “Prestij MTK”-ya aid bu binada heç bir mənzilin kupçası yoxdur. Bundan başqa binanın mühafizəsini həyata keçirən əməkdaş, sakinləri müdafiəsiz qoyaraq artıq qazanc məqsədi ilə taksi sürücülüyü edir. Sakinlər deyir ki, yanğın kranı işlək vəziyyətdə deyil. Su, içməyə yararsızdır. Liftin nasazlığı bina sakinlərinə bir ayrı qorxu yaradır. Ən önəmli nüanslardan biri isə odur ki, binada bir dənə də olsun təhlükəsizlik kamerası quraşdırılmayıb. Binanın qarşısında sakinlərin istirahəti üçün heç bir şərait yaradılmayıb. Bina sakinləri narahatdır ki, komendant tərəfindən sakinlərdən yığılan aylıq vəsait hara xərclənir.
Dia.az "Kommersant.Az"ın hadisə yerindən hazırladığı video reportajı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru