İşğal altında olan 2 rayonun başçısı dəyişdirilir - Qubadlı və Zəngilan...

10-09-2018, 22:16           
İşğal altında olan 2 rayonun başçısı dəyişdirilir - Qubadlı və Zəngilan...
Azərbaycanın erməni işğalı altında olan 2 rayonunun icra hakimiyyətinin başçıları yaxın günlərdə dəyişdiriləcək. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, söhbət Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsqovdan və Zəngilan rayonuna rəhbərlik edən Ramiz Həsənovdan gedir. Qeyd edək ki, Malik İsqov 2001-ci ildən, Ramiz Həsənov isə 2011-ci ildən hazırki vəzifələrini icra etməkdədirlər.

Mənbə dia.az-a bildirib ki, qərar yaxın vaxtlarda rəsmən elan olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru