Sumqayıt şəhər 1 nömrəli Doğum Evində daha bir ölüm - 53 yaşlı qadının ürəyi dayandı

10-10-2018, 08:31           
Sumqayıt şəhər 1 nömrəli Doğum Evində daha bir ölüm - 53 yaşlı qadının ürəyi dayandı
Sumqayıt şəhərində doğum evində ölüm hadisəsi baş verib.

Teref.az yazır ki, "Report"un məlumatına görə, hadisə gecə saatlarında 1 nömrəli doğum evində qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Ceyran Abdullayeva qarın boşluğunda kəskin ağrılarla bağlı Sumqayıt şəhər 1 nömrəli Doğum Evinə müracət edib. O, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, 53 yaşlı qadına əməliyyat zamanı verilən narkozun dərəcəsi yüksək olub. Bu səbəbdən onun ürəyi dayanıb. Xəstəxanadan isə bildirilib ki, C.Abdullayeva ginekoloji xəstə olub və xəstəxanaya gec müraciət edib. O, uşaqlığın düyünlü simptomlu fibranomiyası diaqnozu ilə əməliyyata alınıb. Bir gün sonra qadının vəziyyəti qəfildən pisləşib və o, kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.

Hazırda C.Abdullayevanın hansı səbəbdən dünyasını dəyişməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru