Kürdəmirdən deputat seçilən şəxs kimdir?

3-11-2015, 00:03           
Kürdəmirdən deputat seçilən şəxs kimdir?
Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilib

Strateq.az MSK-nın məlumatına istinadən bildirir ki, Brüsseldə yaşayan Müslüm Məmmədov 14 387 səs toplayaraq qalib gəlib.

O, özünün anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib. Bitərəf olan M.Məmmədov Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir.

2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur. Deputatlığa namizədin 35 yaşı var.

Təşkilatın əsas məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni xəbərlərini, eləcə də tarixi, qədim adət-ənənələrini, musiqisini Avropada, xüsusən də Brüseldə yerləşən Avropa cəmiyyətlərində yaymaqdır.

Ofis Brüsseldə yerləşir (200, Louise küçəsi, 1050, Brüssel, Belçika).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru