Lavrov işğal altındakı rayonların geri qaytarılmasını müzakirə etməyib – RƏSMİ

12-11-2015, 15:05           
Lavrov işğal altındakı rayonların geri qaytarılmasını müzakirə etməyib – RƏSMİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması kontekstində Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda ərazi güzəştləri məsələsi müzakirə olunmayıb.

Modern.az saytının news.am-a istinadən verdiyi xəbərə görə bu barədə Rusiyanın Ermənistandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, bundan öncə Ermənistanın “Aykakan Jamanak”, “Jovoxurd” nəşrləri, həmçinin Rusiyanın “Kommersant” qəzeti Sergey Lavrovun Yerevan səfəri ilə bağlı sensasion sayıla biləcək məlumatlar yayıb.

Məlumata görə Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını arzuladığından Ermənistandan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun geri qaytarılmasını tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru