Lavrov Çavuşoğlu ilə görüşdən imtina etdi - Gərginlik

25-11-2015, 21:13           
Lavrov Çavuşoğlu ilə görüşdən imtina etdi - Gərginlik
Rusiya Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüş təklifini qəbul etməyib.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova deyib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Lavrov ilə Çavuşoğlu arasında telefon danışığı olduğunu açıqlayıb.

“Telefon danışığında hadisə ilə bağlı diplomatik və hərbi məlumatların paylaşılması barədə razılıq əldə olunub. Hər iki nazir önümüzdəki günlərdə görüşmək barədə razılığa gəlib”, - nazirlik rəsmisi qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru