Dənizi hasarlamaya görə cəzalar sərtləşdirildi

8-12-2015, 21:44           
Dənizi hasarlamaya görə cəzalar sərtləşdirildi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, dəyişiklik layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verib.
Təklif olunan layihəyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.
Dəyişiklik layihəsi müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru