Daha bir bank manata "YOX" dedi - Biabırçılıq

29-04-2015, 16:32           
Daha bir bank manata "YOX" dedi - Biabırçılıq
Azərbaycanda manatla kredit verən bankların sayı sürətlə azalır. Artıq "AGBank" da milli valyutada kredit ayrılmasını dayandırıb. Bu barədə fins.az-a bankdan bildirilib.

Bu il, fevralın 21-də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi kəskin devalvasiyadan sonra "AGBank" kreditləşməni manatla həyata keçirən azsaylı banklardan biri idi.

Lakin, göründüyü kimi, bu bank da dollarlaşma prosesindən kənarda qala bilməyib və risklərini azaltmaq üçün kredit şərtlərinə yenidən baxmalı olub.

Hazırda bank yalnız ABŞ dolları ilə, illik 28%-dən başlayaraq və 3 il müddətinə müştərilərə kredit ayırır. Kreditin maksimal məbləği 10 min dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru