ABŞ Qarabağın müstəqilliyini tanımır – Səfirlik

4-03-2016, 20:48           
ABŞ Qarabağın müstəqilliyini tanımır – Səfirlik
ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır.

Bunu AzVision.az-a ABŞ səfirliyindən Birləşmiş Ştatların Corciya ştatının Azərbaycanın işğal edilmiş regionunun "müstəqilliyi"ni tanıması haqqında yayılan məlumatı şərh edərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir: "Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə dövlət qanunverici orqanının rəyidir. Bu rəy həmin məsələ üzrə ABŞ-ın xarici siyasətini dəyişdirmir".

Qeyd edək ki, 15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa qətnamə qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru