Prezidentlərin növbəti görüşü gözlənilir - Səfir

21-06-2016, 15:31           

“Sankt Peterburqda keçirilmiş görüş formatında Dağlıq Qarabağla bağlı digər görüşün də keçirilməsi gözlənilir”.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpante bu gün keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Oxşar görüşlərin Fransa tərəfinin təşəbbüsü ilə keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında isə səfir “niyə də yox” cavabını verib.

“Hazırda əlavə edə bilərəm ki, Sankt-Peterbuqrda keçirilmiş görüş formatında digər görüşlərin keçrilməsi gözlənilir. Fransaya gəlincə, biz həmişə Dağlıq Qarabağla bağlı Fransada görüşün keçirilməsinə hazırlığımızı və istəyimizi ifadə etmişik”, - deyə səfir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru