Durov niyə Fransanı tərk edə bilmir? - Özü açıqladı

10-06-2025, 16:39           
Durov niyə Fransanı tərk edə bilmir? - Özü açıqladı
“Niyə mən hələ də “Telegram”-ın bir milyard istifadəçisinin 1 faizindən də azının yaşadığı Fransanı tərk edə bilmirəm? Bu, sirr olaraq qalır”.

Publika.az xəbər verir ki, bunu "Telegram"-ın təsisçisi Pavel Durov “X” hesabında yazıb.

O, Fransada ona qarşı istintaq başladıldığını hələ də anlamadığını qeyd edib:

“Əvvəlcə səlahiyyətlilər “Telegram”-ın Fransanın sorğularına cavab vermədiyini iddia etdilər. Lakin məlum oldu ki, onlar Avropa İttifaqı və Fransa qanunlarına məhəl qoymayıblar və ötən ilin sentyabrına qədər bizə heç bir hüquqi qüvvəyə malik məhkəmə sorğusu göndərməyiblər”.

Durov əlavə edib ki, Fransa hakimiyyəti “Telegram”-ı məzmunun moderasiyasının zəif olmasında günahlandırıb, lakin məhkəmə araşdırması tezliklə bunu təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru