Partiya sədrindən qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj: "Siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir. "
27-10-2025, 08:06
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalı və övladları ilə düşən davaya maraqlı şərh verib.
Mia.az xəbərinə görə, o, bu barədə feysbuk-dak hesabında yazıb: “Adama deyərlər, siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir. Hərkəs öz işi ilə məşğul olsa, daha yaxşı olardı. Siyasətlə siyasətçilər, bizneslə biznesmenlər məşğul olsa, yaxşıdır. Belə olduqda heç kim də biabr olmaz...”.