“Bu, müharibəni bitirmək planı deyil”

29-10-2025, 00:15           
“Bu, müharibəni bitirmək planı deyil”
Ukrayna Prezidenti Volodimir Zelenski Qərb rəsmiləri ilə atəşkəs planını müzakirə etmək üçün görüş keçirəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “Reuters” agentliyi yayıb.

“Bu, müharibəni bitirmək planı deyil. İlk növbədə, atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır”, - deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, Ukrayna və Kiyevin qərb tərəfdaşlarının nümayəndələri planın detallarını müzakirə etmək üçün cümə və ya şənbə günü görüşəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru