Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq - “İravunk”

Dünən, 09:52           
Erməni kilsəsi yeni qalmaqalın mərkəzində:
Tezliklə Ermənistan müxalifəti və kilsənin bir sıra xadimlərinin şəxsi həyatları ilə bağlı qalmaqallı görüntülər yayımlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Hakim qanadın nümayəndələri son günlər tez-tez bəyan edirlər ki, tezliklə partlayacaq seks qalmaqalları olacaq. Sonuncular intim videoların hədəfinin təkcə din xadimləri deyil, bir sıra müxalif siyasilərin də olduğunu açıq etiraf edirlər”, - qəzet qeyd edib.

Ermənistanın hakim “Vətəndaş Müqavilə” fraksiyasının katibi Artur Ovannisyan bundan əvvəl söyləmişdi ki, bu yöndə müxtəlif məlumatların ortaya çıxa biləcəyi istisna olunmur: “Hansı mənbələrdən, kimlər tərəfindən, hansı məqsədlə toplanıb, bilmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]