Həsən Ruhani Xameneini devirmək istəyib?

25-02-2026, 07:58           
Həsən Ruhani Xameneini devirmək istəyib?
"İranın keçmiş prezidenti Həsən Ruhani heç vaxt dövlət çevrilişinə cəhd göstərməyib".

Oxu.Az "Nameh News"a istinadən xəbər verir ki, bu barədə onun nümayəndələri Qərb KİV-də respublikanın ali rəhbəri Əli Xameneini vəzifədən uzaqlaşdırmaq cəhdi ilə bağlı yayılan məlumatlardan sonra bildiriblər.

Qeyd olunub ki, "Le Figaro" və "The New York Times" nəşrlərinin materialları naməlum mənbələrə əsaslanır, "yalan" və "uydurma" xarakter daşıyır.

Mətbuat xidməti bu xəbərləri İran cəmiyyətində şübhə və narahatlıq yaratmağa yönəlmiş "ABŞ və İsrail mənbələrinin psixoloji əməliyyatı"nın bir hissəsi kimi qiymətləndirib.

Xatırladaq ki, daha əvvəl "Le Figaro" mənbələrə istinadən bildirmişdi ki, 2026-cı ilin yanvarında İranda baş verən kütləvi etirazlar fonunda ali rəhbəri hakimiyyətdən uzaqlaşdırmaq cəhdi göstərilib. Nəşrin mənbələrinin iddiasına görə, planın təşəbbüskarı Ruhani olub və o, Xameneinin təsirini məhdudlaşdıraraq böhran idarəçiliyini daha geniş məmurlar çevrəsinə ötürməyə çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru