Orban Zelenskiyə açıq məktub yazıb: - “Drujba” neft kəmərini açın

26-02-2026, 16:44           
Orban Zelenskiyə açıq məktub yazıb: - “Drujba” neft kəmərini açın
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq məktub yazıb.

APA xəbər verir ki, Orban Zelenskiyə ünvanladığı məktubun mətnini “X” platformasında paylaşıb.

Orban Zelenskidən “Drujba” neft kəmərini işə salmağı, Macarıstanın enerji təhlükəsizliyinə qarşı hücumlardan çəkinməyi tələb edib.

O, Kiyevi yaxın gələcəkdə Macarıstanda keçiriləcək seçkilərə təsir göstərməkdə ittiham edib.

“Son günlərdə siz Macarıstanın enerji təchizatı üçün həyati əhəmiyyət kəsb edən “Drujba” neft kəmərini blokladınız. Sizin hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin təhlükəsiz və əlverişli enerji təchizatını təhdid edir”, - Orban bildirib.

Baş nazirin sözlərinə görə, “Ukrayna, Brüssel və Macarıstan müxalifəti guya Macarıstanda Ukrayna tərəfdarı olan hökuməti hakimiyyətə gətirmək üçün əməkdaşlıq edir”.

Orban Ukraynada baş verənlərə görə məsuliyyət daşımadığını qeyd edib.

“Biz Ukrayna xalqının acısını paylaşırıq, amma müharibədə iştirak etmək istəmirik. Biz hərbi səyləri maliyyələşdirmək istəmirik və enerji resurslarına daha çox pul ödəmək istəmirik”, - Macarıstan lideri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru