Ermənilərin sülh üçün “zamin axtarışı” davam edir

26-02-2026, 15:58           
Ermənilərin sülh üçün “zamin axtarışı” davam edir
“Ana Ermənistan” Partiyasının sədri Andranik Tevanyan Azərbaycanla zəmanətli sülhə nail olmaq üçün təkliflərini verib.

Tribuna.az xəbər verir ki, o, ilk olaraq Ermənistan ordusunun bərpasını vacib hesab edib.

Tevanyanın sözlərinə görə, Ermənistanın inklüziv iqtisadi inkişafı, təbii müttəfiqlərlə strateji münasibətlərin bərpası və dərinləşdirilməsi, nəqliyyat –kommunikasiya qovşağının tikintisi, peşəkar diplomatiyanın tətbiqi və Ermənistan-Azərbaycan münasibətlərində zaminlər/qarantlar institutunun tətbiqi vacib amillərdir.

Qeyd edək ki, son günlər Ermənistan müxalifəti Azərbaycanla sülh sazişinin əleyhinə çıxışlarına qismən ara veriblər. Həmin ritorikalarını isə “təmintaçı ölkə” sözləri ilə əvəzləyiblər. Belə ki, onlar bir və ya bir neçə ölkənin həmin sazişə zamin durmasını istəyirlər.

Xatırladaq ki, “Ana Ermənistan” Partiyası açıq şəkildə Rusiyanı dəstəkləyir. Onun rəhbəri Tevanyan isə dəfələrlə Ukraynanın işğal altında olan “DNR” və “LNR” ərazilərinə gedərək, həmin torpaqların Rusiyaya məxusu olduğunu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru