“Prezidentimizi öldürdülər” – Məsud Pezeşkian

26-02-2026, 17:58           
“Prezidentimizi öldürdülər” – Məsud Pezeşkian
“İslam Respublikası terrorizmin qurbanıdır və ölkə rəhbərliyinə qarşı törədilən hücumlar bunu sübut edir”.

Bunu İran prezidenti Məsud Pezeşkian bu fikirləri Mazandaran vilayətinin Planlaşdırma Şurasının iclasında Qərbin Tehrana ünvanladığı, son iğtişaşlarda çoxsaylı insan itkisi ilə bağlı ittihamlara münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, müharibənin ilk günlərində ölkə küçələrində 28 mindən çox qətl hadisəsi baş verib.

Dövlət xadimlərinin qətlə yetirilməsindən danışan prezident deyib: “Prezidentimizi (Rəisi – red.) öldürdülər, imamımızı öldürdülər, nüvə alimlərimizi bir-bir aradan götürdülər. Bu cinayətlərin məqsədi nə idi? Bizi bacarıqlı və savadlı insanlardan məhrum etmək ki, ölkəmizə xidmət edə bilməyək”. Pezeşkian əlavə edib ki, son iğtişaşlar zamanı 350-dən çox məscid və 300 məktəb yandırılıb.

Etiraz edən şəxs məktəbi və məscidi dağıtmaz, o, hakimiyyəti devirməyə çalışır. ABŞ və Avropada kimsə polisə qarşı çıxış edərsə, ona qarşı sərt davranılır. Bizim ölkədə isə hüquq-mühafizə orqanlarının əməkdaşları və bəsic üzvləri öldürülür, bundan sonra isə İran terrorçu dövlət adlandırılır”, – deyə o vurğulayıb.

İran prezidenti həmçinin bildirib ki, əhalisi bir neçə milyon olan İsrail Yaxın Şərqi alova bürüyüb və islam ölkələrini bir-birinə qarşı düşmənə çevirib. /nocomment.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru