SEPAH Xameneinin ölümünə görə qisas alacağını bəyan edib 1-03-2026, 07:36 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Lideri Əli Xameneinin ölümü ilə bağlı qisas alacağını bəyan edib.Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın xüsusi bəyanatında bildirilib."İranın ali liderinin qətlinə görə qatillərdən qəti şəkildə qisas alacağıq", - deyə IRNA agentliyinin yaydığı açıqlamada qeyd olunub.Bildirilib ki, İran Silahlı Qüvvələri öz liderinin yolunu davam etdirəcək və İslam Respublikasına hücum edənləri cəzalandıracaq. Facebook-da paylaş