Avropa İttifaqı: "Naxçıvana hücum qəbuledilməzdir"

6-03-2026, 00:12           
Avropa İttifaqı: "Naxçıvana hücum qəbuledilməzdir"
"İranın Azərbaycanın Naxçıvan bölgəsindəki pilotsuz təyyarə hücumları tamamilə qəbuledilməzdir".

TEREF xəbər verir ki, bu fikirlər Bizim.Media-nın sorğusuna cavab olaraq Avropa İttifaqının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İranın Azərbaycana hücumu ilə bağlı sualları cavablandıran qurum sözçüsü bildirib ki, bu addım müharibənin miqyasını artırır:

"Hücumlar İran tərəfindən daha da şiddətləndiricidir və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Avropa Birliyinin Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini vurğulamaq üçün vitse-prezident Kaya Kallas Xarici İşlər Naziri Bayramovla əlaqə saxlayıb", - deyə Aİ-dən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru