Zelenski: ""Drujba" neft kəməri ay yarım ərzində fəaliyyətini bərpa edə bilər"

6-03-2026, 11:24           
Zelenski: ""Drujba" neft kəməri ay yarım ərzində fəaliyyətini bərpa edə bilər"
Yanvarın sonunda Rusiya tərəfindən ciddi zədələnmiş "Drujba" neft kəməri ay yarım ərzində işə düşə bilər.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Prezident Ofisində keçirilən müşavirənin yekunlarına dair brifinqdə bildirib.

"Biz məlumat verə bilərik ki, bu ay yarıma "Drujba" neft kəmərinin bərpası mümkündür... Lakin bu o demək deyil ki, dağıdılan hər şey bərpa olunacaq, ola bilsin ki, işlər paralel şəkildə davam edəcək", - Ukrayna Prezidenti deyib.

Eyni zamanda o bildirib ki, Avropa İttifaqı ölkələri tərəfindən Ukraynaya maliyyə yardımının göstərilməsinin "Drujba" kəmərinin yenidən fəaliyyətə başlaması və Rusiya neftinin Macarıstan ilə Slovakiyaya tədarükünün bərpasından asılı olması narahatlıq doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru