“İranın Naxçıvanla bağlı bu addımı ciddi araşdırılmalıdır” - Tənzilə Rüstəmxanlı

6-03-2026, 15:16           
“İranın Naxçıvanla bağlı bu addımı ciddi araşdırılmalıdır” -
Azərbaycanın Naxçıvan şəhərində yerləşən hava limanının İran tərəfindən dronlarla hədəfə alınması regionda təhlükəsizlik və sabitlik məsələlərini yenidən gündəmə gətirib.
Hadisə ilə bağlı münasibət bildirən millət vəkili Tənzilə Rüstəmxanlı Yenicag.az-a bildirib ki, İran tərəfindən Naxçıvan şəhərinin dronlarla hədəfə alınması həm qonşuluq münasibətləri, həm də beynəlxalq hüquq normaları baxımından ciddi narahatlıq doğuran hadisədir.
Deputatın sözlərinə görə, hədəf alınan məkan mülki vətəndaşların istifadə etdiyi hava limanı ətrafıdır və belə obyektlərin təhlükə altına düşməsi xüsusilə həssas məsələdir. O qeyd edib ki, mülki əhalinin və yaxın yaşayış məntəqələrində yaşayan insanların təhlükəyə məruz qalması vəziyyətin nə qədər ciddi olduğunu göstərir və bu cür halların baş verməsi arzuolunmazdır.
Tenzile Rüstemhanlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru