Epstein işi: Trampa qarşı yeni sənədlər yayımlandı

7-03-2026, 00:04           
Epstein işi: Trampa qarşı yeni sənədlər yayımlandı
ABŞ Ədliyyə Nazirliyi Donald Trampa qarşı cinsi zorakılıq ittihamları ilə bağlı Federal Təhqiqat Bürosunun (FBI) sənədlərini dərc edib.

"DogruXeber.tv" xəbər verir ki, bu sənədlər əvvəllər yayımlanan “Epstein faylları”nda yer almamışdı. Bu barədə Sky News məlumat yayıb.

Nazirlik bildirib ki, itkin düşmüş bəzi fayllar elektron cədvəldə səhvən “dublikat” kimi işarələnib və buna görə ictimaiyyət üçün görünməz olub.

Sənədlərə FBI-nin cinsi zorakılığa məruz qaldığını iddia edən bir qadınla keçirdiyi üç ayrı müsahibənin xülasələri və qeydləri daxildir. Qadın bildirib ki, ona qarşı zorakılığı Ceffri Epşteyn və Donald Tramp törədib.

Cənubi Karolina ştatından olan qadın Epşteyn 2019-cu ildə həbs olunduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. O iddia edib ki, milyarder maliyyəçi ona qarşı hücumu doğma ştatında yerləşən Hilton-Hed adasında, 13 yaşı olanda edib.

FBI müsahibəsinin xülasəsinə görə, iddia edilən hadisə təxminən 1984-cü ildə baş verib. Adı açıqlanmayan qadın Epşteyn və onun bir neçə yaxın adamı tərəfindən zorakılığa məruz qaldığını, həmin şəxslər arasında Trampın da olduğunu bildirib.

ABŞ Ədliyyə Nazirliyi bir daha vurğulayıb ki, “Epstein faylları”nda yalan və təsdiqlənməmiş iddialar da mövcuddur.

Qurum bu sənədləri “Epstein fayllarının şəffaflığı haqqında akt”a əsasən yayımlamağa məcbur edilib.

Hazırda ABŞ-da Epstein faylları ilə bağlı heç kimə qarşı istintaq aparılmır.

Donald Tramp isə bu iş üzrə bütün ittihamları ardıcıl şəkildə rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru