İran hakimiyyəti Avropa ölkələrini Yaxın Şərqdəki münaqişəyə qarışmamağa çağırıb və əks halda bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi "France 24" telekanalına müsahibəsində danışıb.
"Tehran artıq avropalıları və digər ölkələri xəbərdar edib ki, onlar ehtiyatlı olmalı və İrana qarşı aparılan bu təcavüzkar müharibəyə müdaxilə etməməlidirlər", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatları dəstəkləyən istənilən dövlət avtomatik olaraq Tehranın cavab tədbirləri üçün qanuni hədəfə çevriləcək.
O əlavə edib ki, İran öz suverenliyinə qarşı yönələn təhdidləri cavabsız qoymayacaq və onu qorumaq üçün lazım olan bütün tədbirləri görməyə hazırdır.