Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəd.

7-03-2026, 12:21           
Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəd.
Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib.

“İsna” agentliyinin verdiyi xəbərə əsasən, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib.

“Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq”, – qeyd edib.

İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur: “Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək”.

O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru