"Pezeşkian böyük səhv edib, onun sözlərinə fikir verməyin" - SEPAH açıqlama YAYDI

8-03-2026, 00:13           
"Pezeşkian böyük səhv edib, onun sözlərinə fikir verməyin" -
İran prezidenti Məsud Pezeşkian Tehranın bundan sonra qonşu ölkələrə hücum etməyəcəyinə dair söz verməsi onun səhvi idi.
SAVASHMEDİA.az xəbər verir ki, bu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial media hesabında yayılmış açıqlamadandır.

"Açıq şəkildə bəyan edirik ki, prezident Pezeşkian böyük səhv edib. O, beş saat əvvəl qonşulara hücum edilməyəcəyinə dair vəd versə də, onun bu sözlərindən sonra Dubay və Əbu-Dabiyə hücumlar edilib. Odur ki, Pezeşkianın müharibə zamanı verdiyi açıqlamalara fikir verməyin", - açıqlamada bildirilib. 

İranın Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ecei də qonşu ölkələrə hücum ediləcəyini təsdiqləyib:

“Bəzi qonşu ölkələrə hücumlar davam edəcək. Regiondakı bəzi ölkələrin düşmənin əlində olduqları barədə məlumat almışıq və onların İrana hücum üçün istifadə edilir”, –  Ecei bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru