Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyəcək

10-03-2026, 11:09           
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyəcək
Böyük Britaniya regiondakı hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Yaxın Şərqə “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini göndərmək planını təsdiqləməyib.

APA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Böyük Britaniya Baş nazirinin Aparat sözçüsünə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, “gəminin göndərilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb”.

Martın 7-də “Sky News“ telekanalı mənbəyə istinadla bildirmişdi ki, Böyük Britaniya Portsmut şəhərində yerləşən “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə mümkün göndərilməsinə hazırlaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru