Makron Hörmüzə 12 hərbi gəmi göndərir: Laricanidən reaksiya

10-03-2026, 17:25           
Makron Hörmüzə 12 hərbi gəmi göndərir: Laricanidən reaksiya
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Fransa prezidenti Emmanuel Makronun Hörmüz boğazını yenidən açmaq üçün hərbi gəmilərin göndərilməsi ilə bağlı şərhlərinə reaksiya verib.

“Mehr” agentliyi xəbər verir ki, Laricani bununla bağlı “X” hesabında paylaşım edib.

"Amerika və İsrailin bölgədə yaratdığı müharibə alovu ilə Hörmüz boğazında təhlükəsizliyin bərpa olunması ehtimalı azdır. Müharibəni dəstəkləməkdə özləri də rol oynamış şəxslər tərəfindən orada təhlükəsizlik bərpa olunmayacaq”, - deyə o yazıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Hörmüz boğazına 12 hərbi gəminin göndəriləcəyini elan edib. O, “Şarl de Qoll” təyyarədaşıyan qrupu da daxil olmaqla, onlarla hərbi gəmini Aralıq dənizinə, Qırmızı dənizə və Hörmüz boğazına göndərəcəyini bildirib. Makron qeyd edib ki, regional müharibənin ortasında müttəfiqlərə müdafiə dəstəyi vermək üçün bu addım atılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru