İran ətrafında münaqişə martın sonuna qədər bitməlidir - martın sonu, aprelin əvvəli Tramp Çinə gedir, özünü qalib elan edib, gedəcək.

12-03-2026, 09:24           
İran ətrafında münaqişə martın sonuna qədər bitməlidir - martın sonu, aprelin əvvəli Tramp Çinə gedir, özünü qalib elan edib, gedəcək.
Qalib elan etmək çətin deyil, amma əsas hədəf Hürmüz boğazına nəzarət etməkdir. Çox güman, anlaşma məhz boğazla bağlı olacaq, adı bəlkə də, "Yaxın Şərqdə sülh naminə Tramp adına tanker yolu", olacaq.
ABŞ dünyaya total nəzarət etməkdən vaz keçib, əsas hədəf Amerika yarımkürəsinə tam, dünyanın əsas logistik yollarına isə "bloklayıcı səs" prinsipi ilə nəzarət etmək stratigiyasıdır.
Taktikası zəif ola bilər, amma strateji hədəfləri çox praqmatıkdir
ABŞ-ın istəkləri ürək bulandıran, addımları qanunsuz, digər ölkələr və xalqlar üçün qəbuledilməz ola bilər, amma sırf öz maraqlara uyğundur. Dünyanın enerji və logistika xəriitəsinə hakim olmaq, elə dünyaya hakim olmaq deməkdir, 80 ildir bu ABŞ-a maddi olaraq çox baha gəlirdi, indi daha ucuz, amma hüquqi (əslində hüquqsuz) olaraq köntöy yolunu tapıb, bəli, yolunu, "yol" sözünün həm də hərfi mənasında...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru