Ukraynanın zəfəri yaxınlaşır...

12-03-2026, 10:58           
Ukraynanın zəfəri yaxınlaşır...
İranda gedən hərbi əməliyyatlar Ukrayna cəbhəsində baş verənləri bir qədər arxa plana atsa da, bu iki cəbhə arasında sıx əlaqə mövcuddur. Bununla bağlı 2 faktı qeyd etmək kifayət edər:
1. İranın “Şahed” dronlarının Rusiyaya vermis olduğu üstünlüklərin sıfırlanması.
2. ABŞ və körfəz ölkələrinin dron əleyhinə vasitələr əldə etmək üçün hazırda Avropanın bir nömrəli ordusu hesab edilən Ukrayna ordusuna minnətçi düşməsi.
Bu arada, rusiyalı hərbi bloqerlər qeyd edirlər ki, Kupyansk şəhəri praktik olaraq itirilib, şəhər tamamilə Ukrayna ordusunun nəzarəri altındadır. Və burada ən maraqlı olan bilirsiniz nədir? Rusiyanın “Qərb” (Zapad) qoşun qruplaşmasının komandiri general Sergey Kuzovlev 2025-ci ilin noyabrında Vladimir Putinə Kupyanskın tam nəzarətə götürüldüyü barədə məruzə edib. 9 dekabr 2025-ci ildə isə həmin əməliyyata rəhbərliyinə görə “Rusiya Qəhrəmanı” (Qızıl Ulduz) medalı ilə təltif edilib.
2025-ci ilin noyabrında Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kupyansk şəhərinin “azad edilməsi” barədə məruzə etdiyini bildirmişdi. Rusiya Müdafiə Nazirliyi bu əməliyyatın “Qərb” qoşun qruplaşmasının hissələri tərəfindən həyata keçirildiyini açıqlamışdı. Müdafiə naziri Andrey Belousov həmin əməliyyatda iştirak edən bölmələri təbrik etmişdi.
Ukrayna ordusunun Baş Komandanı General Sırskinin verdiyi məlumata görə, ilk dəfədir ki, fevral ayı ərzində Ukraynanın azad etdiyi ətazilər itirdiyi ərazilərdən artıqdır. Bu isə Ukrayna tərəfinin döyüşdə təşəbbüsü ələ alması deməkdir. Müşahidəçilərin rəyinə görə, belə davam edərsə, yazın sonlarına doğru Ukrayna müharibədə əhəmiyyətli dönüş yarada biləcək.
Slava Ukraini!
Dadash Ahmadli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru