“Yeni terror birliyi Güney Azərbaycanı işğal etməyə hazırlaşır”

13-03-2026, 00:08           
“Yeni terror birliyi Güney Azərbaycanı işğal etməyə hazırlaşır”
İranda fəaliyyət göstərən bir sıra kürd silahlı təşkilatlarının yeni ittifaq yaratdığı və ölkə daxilində mümkün hərəkət planlarını müzakirə etdiyi bildirilir.

Tribuna.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, ittifaqa PJAK, Komala və İran Kürdüstanında fəaliyyət göstərən digər qruplar daxildir. “Təşkilatlar ölkə daxilində, o cümlədən Güney Azərbaycanda mümkün fəaliyyət variantlarını müzakirə edirlər.

Məlumata görə, ittifaq nümayəndələri dron və raket hücumları ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək ABŞ və İsraildən bölgədə “uçuşa qadağan zona” yaradılması məsələsini nəzərdən keçirməyi xahiş ediblər”.

Həmçinin o da qeyd edilir ki, Komala təşkilatının rəhbəri Rza Kaabi potensial əməliyyatların yalnız ABŞ-nin dəstəyi ilə yaradılacaq “qorunan uçuşa qadağan zona” şəraitində mümkün ola biləcəyini qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru