Tramp: “ABŞ İranın Xarq adasında bütün hərbi hədəfləri məhv edib”

Bu gün, 12:18           
Tramp: “ABŞ İranın Xarq adasında bütün hərbi hədəfləri məhv edib”
Bu gün ABŞ prezidenti Donald Tramp İranın Xarq adasındakl hərbi hədəflərə genişmiqyaslı zərbə endirildiyini açıqlayıb.
Tramp “Truth Social” platformasında paylaşdığı bəyanatda bildirib ki, onun göstərişi ilə Yaxın Şərq tarixində ən güclü bombardman əməliyyatlarından biri həyata keçirilib və adadakı bütün hərbi hədəflər məhv edilib.
ABŞ prezidenti qeyd edib ki, əməliyyat zamanı neft infrastrukturu qəsdən hədəfə alınmayıb.
Tramp eyni zamanda xəbərdarlıq edib ki, əgər İran və ya başqa bir tərəf Hörmüz boğazı vasitəsilə gəmilərin sərbəst və təhlükəsiz hərəkətinə mane olarsa, Vaşinqton bu qərarı yenidən nəzərdən keçirə bilər.
ABŞ prezidenti bəyanatında həmçinin bildirib ki, İranın ABŞ-ın hərbi əməliyyatlarına qarşı durmaq imkanları yoxdur və Tehran heç vaxt nüvə silahına sahib olmayacaq.

İlham Gadir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]