Netanyahu Laricaninin zərərsizləşdirilməsi haqda danışdı

18-03-2026, 00:04           
Netanyahu Laricaninin zərərsizləşdirilməsi haqda danışdı
İsrailin Baş naziri Benyamin Netanyahu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymaninin zərərsizləşdirilməsi ilə bağlı açıqlama verib.

“Times of Israel” xəbər verir ki, Netanyahu yayımlanan video müraciətində əməliyyatların məqsədini açıqlayıb.

O bildirib ki, hər iki rəsminin öldürülməsi İran xalqına mövcud hakimiyyəti devirmək üçün fürsət yaratmaq strategiyasının bir hissəsidir.

Baş nazir müraciətində bu prosesin çətin olacağını etiraf edib:

“Bu, birdən-birə, asanlıqla baş verməyəcək. Amma, əgər biz israr etsək, onlara taleyini öz əllərinə almaq imkanı verəcəyik”.

Netanyahu həmçinin ABŞ Prezidenti Donald Trampla sözügedən məsələni ətraflı müzakirə etdiyini və Körfəzdəki Amerika müttəfiqlərinə dəstək verdiklərini vurğulayıb:

“Hava qüvvələrimiz və donanmalarımız, mənimlə Prezident Tramp və onun komandası arasında tam əməkdaşlıq mövcuddur. Biz həm dolayı hücumlar, həm də birbaşa əməliyyatlarla təzyiqi artıracağıq. Daha çox sürprizlər var”.

Qeyd edək ki, fevralın sonunda başlayan gərginlik fonunda İranın bir neçə mühüm strateji fiqurunun hədəf alınması regionda hərbi və siyasi vəziyyəti daha da gərginləşdirib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru