ABŞ ordusu Hörmüz boğazına hücuma keçdi

18-03-2026, 08:27           
ABŞ ordusu Hörmüz boğazına hücuma keçdi
Amerika qoşunları Hörmüz boğazı yaxınlığındakı möhkəmləndirilmiş İran raket obyektlərinə döyüş sursatları ilə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Martın 17-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı əməliyyata qoşulmaqdan imtina etdiklərinə görə ABŞ Silahlı Qüvvələrinin artıq NATO ölkələrinin, həmçinin Avstraliya, Yaponiya və Cənubi Koreyanın köməyinə ehtiyacı yoxdur. O, NATO-nu "bir tərəfli hərəkət olan küçə" adlandırıb və Şimali Atlantika Alyansı üzrə müttəfiqlərin ABŞ-ın hərbi dəstəyindən yararlandıqları halda, cavab olaraq hər hansı iş görmək istəyi nümayiş etdirməmələrindən gileylənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru