Erməni nazir Azərbaycana görə onlara şərt qoydu - “Ya etiraf edəcəksən, ya da…”

19-03-2026, 12:18           
Erməni nazir Azərbaycana görə onlara şərt qoydu - “Ya etiraf edəcəksən, ya da…”
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə yanacaq bazarı ilə bağlı diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

O bildirib ki, şirkətlərdən biri Azərbaycandan gətirilən benzini Avropa məhsulu kimi təqdim edərək alıcıları aldadır.

Nazir həmin müəssisəyə xəbərdarlıq edildiyini və şərt qoyulduğunu deyib.

“Onlara dedik ki, ya açıq şəkildə məhsulun mənşəyini bildirib pulu Azərbaycana köçürürsən, ya da həmin benzini sata bilməyəcəksən. Saxta vətənpərvərlik edib istehlakçıları aldatmağa icazə verməyəcəyik” – deyə Papoyan qeyd edib.

Nazir şirkətin adını açıqlamasa da, “Joxovurd”un məlumatına görə, sözügedən müəssisənin adı “CPS”dir.

Qeyd edək ki, Azərbaycan 2025-ci ilin sonundan etibarən Ermənistana benzin ixracına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru