Ermənistan sülhə gedər, belə şərtlə?

19-03-2026, 17:06           
Ermənistan sülhə gedər, belə şərtlə?
ABŞ-nin Kəşfiyyat İdarəsinin məlumatına görə, Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün hələ də maneə var.
Kəşfiyyat idarəsinin illik hesabatı Azərbaycanın Ermənistan Konstitusiyasında təməl sülh üçün bəzi dəyişikliklər tələbini nümunə kimi göstərib.
Hesabatda deyilir ki, Azərbaycan Ermənistanın öz Konstitusiyaya dəyişiklik edərək, "Qarabağın Ermənistanın bir hissəsi olduğunu göstərən bu istinad”ı çıxarması vacibliyinə israrlıdır. Bunun üçün Ermənistanda qəbul edilməsinə zəmanət verilməyən Konstitusiya referendumu da tələb olunur”, - hesabatda qeyd edilib.
Məntiqlə də, Ermənistan həm məğlub, həm də rəsmi olaraq Qarabağdan məğlubiyyətlə tam əl çəkdiyini, onun Azərbaycana məxusluğunu hər yerdə, xüsusən Vaşinqtonda da bəyan etmişsə, öz ana qanununda niyə bu iddiasını ləğv etmir?
Əsas qanunda Azərbaycana qarşı ərazi iddiası qalırsa, Ermənistanın qalan qanunvericiliyində və digər tənzimləyici aktlarda iddiadan imtina nisbi və dayanıqsız xarakter daşıyar. Bu hal da hər zaman geriyədönüşə qanuni əsas ola bilər.
Onda, bu nə sülh olur? Onda gərək Azərbaycan da əsas qanunu, Konstitusiyasında Ermənistan ərazisi içindəki tutaq ki, Qərbi Zəngəzura və ya Göycə bölgəsinə iddia salsın yəni bu necə olar, Ermənistan sülhə gedər, belə şərtlə? Əsla Yox!
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru