Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq

23-03-2026, 16:28           
Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ:
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərlə bağlı sərt və diqqətçəkən açıqlama verib.

TEREF xəbər verir ki, Paşinyan bildirib ki, əgər onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası parlament seçkilərində konstitusion çoxluq əldə etməzsə, ölkəni ciddi təhlükə gözləyə bilər.

Baş nazirin sözlərinə görə, belə bir halda sentyabr ayında “dağıdıcı müharibə” ehtimalı yaranacaq.

O, qeyd edib ki, bu fikirləri sakit şəkildə səsləndirir, çünki xalqın partiyasına lazımi dəstəyi verəcəyinə inanır.

Paşinyanın bu açıqlaması Ermənistanda seçkiöncəsi siyasi gərginliyin artdığını və təhlükəsizlik məsələlərinin daxili siyasi gündəmdə mühüm yer tutduğunu göstərir./KONKRET.az /












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru