İran danışıqları təkzib etdi – Trampdan reaksiya

24-03-2026, 08:45           
İran danışıqları təkzib etdi – Trampdan reaksiya
Prezidenti Donald Tramp bazar ertəsi İran dövlət mediasının Tehranın ABŞ ilə danışıqlar apardığına dair məlumatları təkzib etməsinə münasibət bildirib.

TEREF APA-ya istinadən bildirir ki, bu barədə “Fox Business” xəbər verib.

ABŞ Prezidenti İran tərəfinin nəyi nəzərdə tutduğundan əmin olmadığını deyib: “İrandan dəqiq məlumat əldə etmək çətindir, çünki ABŞ onların infrastrukturunun böyük hissəsini məhv edir. Buna görə də o, İran dövlət televiziyasının nəyi nəzərdə tutduğunu anlamıram”.

Tramp danışıqların dünən gecə Stiv Uitkoff və Jared Kuşner ilə İranın qarşı tərəfdəki həmkarları arasında baş tutduğunu vurğulayıb.

“İranın elektrik infrastrukturu ilə bağlı zərbələrin dayandırılması və ya təxirə salınması üçün beş gün vaxt qoymuşam. Bu, daha tez də baş verə bilər. Amma mən beş gün müddət təyin etmişəm”, – ABŞ lideri fikrini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru