“Səmaya bax, Tramp” – İran ABŞ liderinə “sürpriz” hazırladığını bildirib
24-03-2026, 00:11
İran ABŞ Prezidenti Donald Tramp üçün bir neçə “sürpriz” hazırlayır.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Trampın bütün boş vədlərinə baxmayaraq, İran yaxın günlərdə müharibənin gedişatını daha da aydınlaşdıracaq sürprizlər hazırlayıb. Trampa sadəcə telefondan və sosial mediadan uzaqlaşıb səmaya, birja göstəricilərinə və neft qiymətlərinə baxmaq lazımdır”, – agentliyə danışan mənbə qeyd edib.
Qeyd edək ki, daha əvvəl Tramp “Truth Social” hesabında Yaxın Şərqdə müharibəni bitirmək barədə ABŞ və İran arasında son iki gün ərzində danışıqların keçirildiyini yazıb. O, həmçinin bildirib ki, Pentaqona 5 gün müddətinə İranın enerji infrastrukturuna zərbə endirməməyi tapşırıb. Ağ Ev rəhbərinin jurnalistlərə açıqlamasına görə, ABŞ və İran qarşılıqlı şəkildə razılaşmaya hazır olduqlarını nümayiş etdirirlər.