Moldova lideri ölkəsinin "İstəklilər koalisiyası"na qoşulmağa hazır olduğunu bildirib

24-03-2026, 11:37           
Moldova lideri ölkəsinin "İstəklilər koalisiyası"na qoşulmağa hazır olduğunu bildirib
Moldova Prezidenti Maya Sandu Milli Təhlükəsizlik Şurasının iclasından sonra ölkənin "İstəklilər koalisiyası"na qoşulmağa hazır olduğunu bəyan edib.

Oxu.Az bu barədə "Newsmaker" portalına istinadən xəbər verir.

Qeyd olunur ki, Sandudan Fransa Prezidenti Emmanuel Makronun Moldovanın Ukraynaya kömək üçün "İstəklilər koalisiyası"na qoşulmaq qərarını alqışlaması ilə bağlı bəyanatını şərh etmək istənilib. Prezident dəqiqləşdirib ki, Moldova hələlik yalnız bu istəkdə olduğunu ifadə edib.

"Moldova bu koalisiyada iştirak etməyə hazır olduğunu bildirib. Xatırlatmaq istəyirəm ki, biz artıq Ukraynaya dəstək veririk, istehkamçıların təlimini keçirik. Əgər "İstəklilər koalisiyası"nın üzvləri ölkəmizin qoşulması barədə qərar qəbul etsələr, bu, məhz bizim edə biləcəyimiz və təklif etdiyimiz işdir" - deyə Sandu bildirib.

"İstəklilər koalisiyası" 2025-ci ildə Ukraynaya hərbi dəstəyi gücləndirmək üçün yaradılmış, əsasən Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi təxminən 30 dövlətin beynəlxalq birliyidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru