ABŞ-nin İranla müzakirələrində əsas danışıqçısı Vens ola bilər - "The Guardian"

25-03-2026, 00:02           
ABŞ-nin İranla müzakirələrində əsas danışıqçısı Vens ola bilər - "The Guardian"
Pakistanda Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı danışıqların keçirilməsi halında ABŞ vitse-prezidenti Cey Di Vens ölkəsinin nümayəndə heyətinə rəhbərlik edə bilər.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" mənbələrə istinadən məlumat yayıb.

Bununla yanaşı qeyd olunub ki, İran tərəfindən əsas danışıqçı parlamentin spikeri Məhəmməd Baqer Qalibaf ola bilər.

Nəşr bildirib ki, Pakistan hökuməti Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi olmaq istəyir. Tərəflər artıq bu həftə danışıqlar üçün İslamabadda görüşə bilərlər.

Eyni zamanda vurğulanıb ki, İslamabad nə hansısa sülh danışıqlarının keçirilmə yeri kimi rəsmi şəkildə təsdiqlənib, nə də tərəflər buna razılıq veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru