İlk Avropa İttifaqı-Ermənistan sammiti tarixi bəlli oldu 27-03-2026, 07:34 İlk Avropa İttifaqı-Ermənistan sammiti 4-5 May tarixlərində keçiriləcək.APA xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta "X” hesabında paylaşım edib.O, Ermənistanı "yaxın tərəfdaş” adlandırıb və Aİ-nin bu ölkə ilə əlaqələri gücləndirmək üçün can atdığını bildirib."Bizi müştərək dəyərlər, eləcə də beynəlxalq hüquqa və qaydalara əsaslanan nizama sədaqətimiz birləşdirir”, - Koşta qeyd edib. Facebook-da paylaş