Avropadakı miqrantların çətin günləri başlayır - Qanun qəbul edildi...

28-03-2026, 09:24           
Avropadakı miqrantların çətin günləri başlayır -
Avropa Parlamenti qanunsuz miqrantların Avropa İttifaqı (Aİ) ərazisindən deportasiyasını sürətləndirməyi hədəfləyən qanun qəbul edib.

Qanunda Aİ hüdudlarından kənarda deportasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Sənədi 389 deputat dəstəkləyib, 206 nəfər əleyhinə səs verib, 32 nəfər isə bitərəf qalıb.

Qanun sığınacaq verilməsindən imtina edilən və ya vizasının müddəti bitmiş şəxslər üçün “məcburi geri qaytarma siyasəti”ni müəyyən edir.

Qanun Aİ-yə üzv ölkələrə qeyri-qanuni miqrantları üçüncü ölkələrə geri qaytarmağa imkan verəcək. Bu, həmin ölkə ilə ikitərəfli razılaşmaların mövcud olması və ərazisində deportasiya mərkəzlərinin qurulması şərti ilə mümkün olacaq.

Bundan əlavə, sənəddə miqrantların qanuni saxlanma müddətinin iki ilə qədər artırılması və deportasiya edilən şəxslərə Aİ-yə yenidən giriş qadağalarının tətbiqi də nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru